İdman
“Arsenal” 17 yaşlı gürcüstanlını alır
İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır.
Axar.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
17 yaşlı hücumameyilli yarımmüdafiəçi növbəti həftə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Gürcüstanın U-21 millisinin üzvü son olaraq "İberiya"da çıxış edib.
Mənbə
axar.az