Kriminal

Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü

29 Aug 2026, 12:14 2 baxış
Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini Əli Fərəcovun "Mercedes" markalı avtomobili ilə rayon sakini Camal Camallının "SEAT Ibiza" markalı maşın toqquşub. Zərbənin təsirindən yoldan çıxan "SEAT Ibiza" markalı avtomobil yolun kənarındakı kanala düşüb. Hadisə nəticəsində C.Camallı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər