Kriminal

Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı

29 Aug 2026, 11:30 2 baxış
Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonu, Xanabad kənd sakini 1961-ci il təvəllüdlü Xaləddin Sabir oğlu Kərimov avqustun 26-da saat 7 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub. Avqustun 28-də onun meyiti Mingəçevir su anbarından aşkar edilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər