Dünya
Antalyada meşəlik ərazidə GÜCLÜ YANĞIN - VİDEO
Türkiyənin Antalya bölgəsinin Kaş rayonunda meşəlik ərazidə hələlik məlum olmayan səbəbdən yanğın başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.
Məlumata görə, əraziyə cəlb edilən qrupların yanğına havadan və qurudan müdaxilə işləri davam edir. Yanğının söndürülməsi prosesinə 6 helikopter, 4 təyyarə, 10 yanğınsöndürmə maşını, 4 su təchizatı avtomobili, eyni zamanda 80 nəfərlik texniki personal və yanğınsöndürən cəlb edilib. Cəlb olunmuş qruplar alovun genişlənməsinin qarşısını almaq və yanğını nəzarət altına salmaq məqsədilə tədbirləri davam etdirirlər.

Mənbə
oxu.az