Dünya
ABŞ ordusu Sakit okeanda Ekvador narkokartelinə məxsus kateri batırdı - VİDEO
ABŞ ordusu Sakit okeanın şərq hissəsində Ekvador narkokartelinin maraqlarına xidmət etdiyi bildirilən kateri ələ keçirib. Kater axtarış aparıldıqdan və göyərtədəki heyət saxlanıldıqdan sonra batırılıb. Oxu.Az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sosial şəbəkə hesabında məlumat yayıb.
"ABŞ dəniz piyadaları və dənizçiləri "San Antonio" desant gəmisindən istifadə edərək sözügedən kateri saxlayıb, yoxlanış aparıblar. Əməliyyat heç bir insident olmadan başa çatıb. Katerdə olan şəxslər Ekvadora təhvil verilib, hərbi əməliyyat yekunlaşdıqdan sonra isə gəmi ABŞ hərbçiləri tərəfindən məhv edilib", - deyə komandanlıqdan bildirilib. Məlumatda vurğulanır ki, bu əməliyyat Ekvador hökuməti ilə birgə koordinasiya və əməkdaşlıq çərçivəsində həyata keçirilib. Cənub Komandanlığının məlumatına əsasən, kater Sakit okeanın beynəlxalq sularında narkotik qaçaqmalçılığı zamanı üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub. Açıqlamada həmçinin qeyd edilir ki, kəşfiyyat məlumatları katerin Ekvadorun ən böyük narkokartellərindən biri olan "Los-Çoneros"un maraqları naminə fəaliyyət göstərdiyini təsdiqləyib.

Mənbə
oxu.az