Digər

Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp

29 Aug 2026, 11:12 2 baxış
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp

Amerika Birləşmiş Ştatları bu yaxınlarda Venesuela ilə dünya tarixində ən böyük neft sazişi olan bir saziş imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib.


“Mənim göstərişimlə Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə sıx əməkdaşlıq və özəl müəssisələrlə tərəfdaşlıq edərək, Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çoxunun ABŞ vergi ödəyicilərinə heç bir xərc olmadan ABŞ nəzarətinə köçürülməsini təmin etdilər", - Tramp yazıb.


O bildirib ki, ABŞ bununla öz neft ehtiyatlarını iki qatdan çox artıracaq və bu da ölkədə benzin qiymətini kəskin şəkildə azaldacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər