Kriminal
Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb. Oxu.Az xəbər verir ki, o, idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. Məhkəmənin qərarı ilə E.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
Mənbə
oxu.az