Kriminal
Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü
Füzuli rayonunda 12 yaşlı uşaq ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə Zobucuq-5 qəsəbəsində baş verib. Rayonun Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü Röyal Rasim oğlu Namazov avqustun 15-də Zobucuq-5 qəsəbəsinin ərazisində atdan yıxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan R.Namazov xəstəxanaya yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, o, avqustun 28-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
oxu.az