Kriminal
Şəmkirdə BƏDBƏXT HADİSƏ: 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, Sərxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S.Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti qəfil pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib. Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə
oxu.az