Dünya

Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi

28 Aug 2026, 21:12 3 baxış
Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi
Rusiyalı şoumen və komediyaçı Aleksandr Nezlobin xarici agentlərin reyestrinə daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb. Nazirliyin məlumatına görə, Nezlobin xarici agentlərin, eləcə də fəaliyyəti Rusiyada arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatların hazırladığı və yaydığı materialların qeyri-məhdud sayda şəxslər arasında hazırlanmasında və yayılmasında iştirak edib. Bundan başqa, reyestrə Marina Bazilyuk, Konstantin Qoroşanko və Aleksey Moçalov adlı bloqerlər, "Knijiçar" informasiya resursu və "Bıt ili" ("Olmaq, ya olmamaq") layihəsi də daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər