Kriminal
Göygöldə ölümlə nəticələnən qəzanın TƏFƏRRÜATI: Hadisə daş sexində olubmuş - FOTO
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisə Qızılca kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəhman Fərman oğlu Allahverdiyev idarə etdiyi "Zil MMZ-45021" markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Mərhumun yaxınları Oxu.Az-a açıqlamasında bildiriblər ki, hadisə yolda baş verməyib: "Hadisə rayon ərazisində inşaat materialları istehsal edilən sahədə baş verib. Çınqıl doğranan sexdə olub hadisə. İman Məmmədov həmin sexə çınqıl almağa gedib. Orada olarkən R.Allahverdiyev "ZiL"markalı avtomobili arxaya hərəkət etdirib və İ.Məmmədov avtomobilin altında qalaraq ölüb. Sexin sahibi isə məsuliyyəti üzərindən atmaq üçün guya hadisənin yol kənarında olduğunu deyib, yəni izi itirmək istəyir". Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər