İqtisadiyyat

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək

28 Aug 2026, 16:24 3 baxış
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək. Oxu.Az "Report"a istinadən xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib. Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər