Siyasət
Suriyada daha bir terror qurumu ləğv edildi: Proseslərin pərdəarxası məqamları
Suriya Demokratik Qüvvələrinin (SDQ), YPG-nin və Muxtar İdarənin ləğv edilərək dövlət qurumlarına inteqrasiya edilməsi, SDQ-nin lideri Məzlun Abdiyə isə prezident administrasiyasında müşavir vəzifəsi verilməsi həm ölkədəki parçalanmanın aradan qaldırılması və dövlət qurumlarının ölkənin suverenliyi çərçivəsində yenidən vahid sistem altında birləşdirilməsi istiqamətində atılacaq əsas addım, həm də yeni müəmmaların yaranacağı kimi qiymətləndirilir. Yeni Suriya ərəblər, türkmənlər, kürdlər, süryanilər, assurilər, çərkəzlər və digər bütün icmalar da daxil olmaqla, bütün insanlarını bərabərhüquqlu vətəndaşlıq və hüququn aliliyi prinsipləri əsasında bir araya gətirir. Bəs yeni Suriya necə olacaq, regionda nələr dəyişəcək? Mövzu ilə bağlı Oxu.Az-a danışan Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Muxtar Fatih Beydili bildirib ki, Suriya Demokratik Qüvvələrinin komandanı Mazlum Abdinin SDQ-nin müstəqil hərbi qüvvə kimi fəaliyyətinə son qoyması və kürd qüvvələrinin ölkə ordusunun tərkibinə inteqrasiya edilməsi ilə bağlı açıqlamaları dövlətin siyasi və ictimai dairələrində geniş əks-səda doğurub:
"Bu proses Suriya dövləti ilə başda kürdlər, türkmənlər və ərəblər olmaqla ölkənin müxtəlif sosial və etnik komponentləri arasındakı münasibətlərin gələcəyi ilə bağlı bir sıra suallar da doğurub. Abdi bu addımı Suriyada sülh, sabitlik və yenidənqurma baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Lakin sözügedən prosesə yalnız rəsmi açıqlamalar əsasında yanaşmaq ümumi mənzərəni tam əks etdirməyə bilər. Belə ki, bu qərara münasibət, hətta kürd dairələri və əvvəllər SDQ-ni dəstəkləyən bəzi qruplar arasında belə, tam yekdil deyil. Çünki Mazlum Abdinin qərarı hər kəs tərəfindən müsbət qarşılanmayıb. SDQ daxilində, xüsusilə Kandil xəttinə və PKK-ya bağlı qanadla SDQ tərəfdarları arasında Mazlum Abdinin təmsil etdiyi layihədən geri addım atdığı, hətta bəzi dairələrin bu qərarı xəyanət kimi qiymətləndirdiyi görünür. Bu çevrələr Abdinin siyasi vəzifə qarşılığında SDQ-nin hərbi layihəsindən geri çəkildiyini düşünürlər. Xüsusilə ona prezidentlik aparatında müşavir vəzifəsinin veriləcəyi ilə bağlı açıqlamalar bu düşüncələri daha da gücləndirib. Buna görə də bəzi kürdlər Abdinin siyasi vəzifə əldə etmək müqabilində SDQ-ni tərk etdiyini düşünürlər". "Ərəblər və türkmənlərin Mazlum Abdi və SDQ-yə münasibəti əhəmiyyətli dərəcədə fərqlidir. Ərəblər və türkmənlər arasında Mazlum Abdi və onun rəhbərlik etdiyi qüvvələrə qarşı mənfi münasibətin olduğunu görməzdən gələ bilmərik. Bunun əsas səbəbi ötən illərdə ərəb və türkmən əhalinin yaşadığı bölgələrdə baş vermiş qarşıdurmalar, qanlı hadisələr və hüquq pozuntularıdır. Buna görə də ərəb və türkmən cəmiyyətlərinin əhəmiyyətli bir hissəsi Abdiyə yalnız yeni siyasi aktor kimi baxmır, keçmişdə baş vermiş hadisələrə görə onu siyasi və hərbi baxımdan məsul hesab edir. Bu səbəbdən onun dövlət daxilində yüksək vəzifəyə gətirilməsi həmin qruplar arasında ciddi etiraz və narazılığa səbəb ola bilər", - deyə siyasi şərhçi söyləyib. Ekspertin sözlərinə görə, bu addımı yalnız dövlətin Mazlum Abdiyə verdiyi güzəşt kimi qiymətləndirmək düzgün olmaz: "Burada məqsəd Abdini dövlətin siyasi sisteminə daxil etmək, ona bağlı qüvvələri rəsmi dövlət strukturunun tərkibinə almaq və bununla da onun müstəqil hərbi və siyasi güc kimi fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırmaq ola bilər. Əgər inteqrasiya prosesi həqiqətən və tam şəkildə həyata keçirilərsə, bu, Suriyada vahid milli ordunun yaradılması və ölkədəki çoxsaylı silahlı qüvvə strukturlarına son qoyulması baxımından mühüm addım ola bilər". "Yeni Suriya bərabərhüquqlu vətəndaşlıq, ədalət və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri üzərində qurulmalıdır. Kürdlərin mədəni, dil və sosial hüquqları var. Türkmənlərin də mədəni, dil və tarixi hüquqları var. Eyni şəkildə, Suriya cəmiyyətinin bütün digər komponentlərinin hüquqları da qorunmalıdır. Bir komponentin hüquqlarını tanıyıb eyni hüquqları digər komponentdən əsirgəməklə sabit dövlət qurmaq mümkün deyil. Kürdlər, türkmənlər və ya digər xalqları olsun, bütün suriyalıların qanuni mədəni hüquqlara sahib olmasını dəstəkləyirik. Lakin burada meyar hamı üçün eyni olmalıdır. Bir tərəfin mədəni və ya dil hüququndan istifadə etməsinə icazə verildiyi halda, digərinin eyni hüquqdan məhrum edilməsi qəbuledilməzdir", - Beydili diqqətə çatdırıb. O, Suriya hökumətinin qarşıdakı dövrdə müxtəlif sosial və etnik xalqlara münasibətdə "ikili standart" tətbiq etməkdən çəkinməli olduğunu bildirib: "Bu məsələdə hər hansı ayrı-seçkilik mövcud problemləri həll etmək əvəzinə, yeni böhranlara səbəb ola bilər. Suriya hökuməti real bir sınaq qarşısındadır. Məqsəd suriyalıları milliyyətinə, dilinə, yaşadığı bölgəyə və ya mədəni mənsubiyyətinə görə bir-birindən ayırmayan dövlət qurmaq olmalıdır. Kürdlərin mədəni və dil hüquqları tanınırsa, türkmənlər də öz dillərini, mədəniyyətlərini, tarixlərini və kimliklərini Suriya dövləti daxilində qoruya bilməlidirlər. Bu, heç kimə verilmiş imtiyaz deyil, qanun çərçivəsində təmin edilməli olan qanuni mədəni hüquqdur. Biz türkmənlər Suriyanın etnik və ya məzhəb əsasında parçalanmasını istəmirik, müxtəlifliyinə hörmət edən, birliyini və bütövlüyünü qoruyan güclü ölkə istəyirik. Həqiqi milli birlik fərqli mədəni kimliklərin aradan qaldırılması demək deyil. Əksinə, hər bir komponentin özünü ölkəsinin bərabərhüquqlu və tam hüquqlu vətəndaşı kimi hiss etməsi, mədəniyyətinin, dilinin və tarixinin qorunması və hörmət görməsi deməkdir". "SDQ-nin ləğv edilməsi və ya qüvvələrinin Suriya ordusuna inteqrasiyası mühüm addım ola bilər. Lakin bu, ölkədəki bütün problemlərin avtomatik şəkildə həll ediləcəyi anlamına gəlmir. Əsl sınaq bəyanatlarda deyil, tətbiqdə olacaq. Vahid milli ordu, vahid dövlət institutu və hər kəs üçün keçərli olan vahid hüquq sistemi görməliyik. Bununla yanaşı, Suriyanın bütün komponentlərinin hüquqlarını təmin edən aydın və ədalətli dövlət siyasəti də formalaşdırılmalıdır. Hərbi sahədəki ikili struktura son qoyarkən siyasi və ya mədəni sahədə yeni ikili standartlar yaratsaq, həqiqi mənada yeni Suriya qurmuş olmayacağıq. Qarşıdakı dövrdə vətəndaşlıq, bərabərlik və Suriyanın sosial müxtəlifliyinin tanınması əsasında yeni ictimai müqaviləyə ehtiyac var. Suriya etnik, mədəni və sosial müxtəlifliyi baxımından zəngin ölkədir. Bu müxtəliflik münaqişə səbəbi deyil, ölkənin gücü olmalıdır. Kürdlər, türkmənlər, ərəblər və Suriyanın bütün digər etnikləri bu ölkənin ortaq sahibləridir. Heç biri özünü ikinci dərəcəli vətəndaş kimi hiss etməməlidir. Biz vahid Suriya dövlətinin, vahid Suriya ordusunun və dövlətin ölkənin bütün ərazisi üzərində tam suverenliyinin tərəfdarıyıq. Eyni zamanda, bütün vətəndaşlarına bərabər münasibət göstərən və onların hüquqlarına hörmət edən ədalətli dövlət istəyirik. Dövlətin birliyi ilə sosial və mədəni müxtəlifliyə hörmət arasında düzgün tarazlıq qurularsa, daha sabit, güclü və ədalətli Suriyanın təməli qoyula bilər", - deyə analitik fikrini yekunlaşdırıb. .

Mənbə
oxu.az
Oxşar Xəbərlər