Cəmiyyət

Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" - VİDEO

28 Aug 2026, 16:44 4 baxış
Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" - VİDEO
Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir. Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır: "Soruşuruq ki, bu vəziyyətin sonu necə olacaq? Deyirlər, hələlik gəlməyin, özəl klinikaya gedin, biz bunun çarəsini tapa bilmirik. Demək olar ki, bütün xəstələrdə bu hal müşahidə olunur. Kateteri olan xəstələrə bunun infeksiya ilə bağlı ola biləcəyi deyilir. Amma bununla bağlı bizdən hər hansı analiz götürülməyib".

Nefroloq Kamil Müslümovun sözlərinə görə, hemodializ zamanı üşütmə və bu kimi hallar kateterdə infeksiya ilə əlaqəli ola bilər. "Pasiyentlər infeksionistə müraciət etməli, müəyyən tibbi müayinələrdən keçməlidirlər. Müayinələrin nəticələrinə əsasən müvafiq müalicə aparılmalıdır. Müvəqqəti kateterlər bir həftədən üç həftəyə qədər, daimi kateterlər isə 6 aydan 18 aya qədər istifadə olunur. Bu müddətdən artıq istifadə zamanı belə hallar baş verə bilər", - deyə mütəxəssis əlavə edib. İddialarla bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, hemodializ müalicəsi alan pasiyentlərin immun sistemi daha həssas olduğundan onlarda infeksion xəstəliklərin yaranma riski yüksəkdir. Bu səbəbdən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hemodializ şöbələrində dezinfeksiya və sterilizasiya tədbirləri mütəmadi həyata keçirilir, aseptika və antiseptika qaydalarına ciddi nəzarət olunur. Qeyd edək ki, hemodializ prosedurunun uzunmüddətli kateter vasitəsilə aparılması bəzi hallarda pasiyentlərdə qızdırma və digər reaksiyalara səbəb ola bilər. Qızdırma müşahidə olunan hallarda pasiyentlər müayinəyə cəlb olunaraq müvafiq müalicə ilə təmin edilirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər