Kriminal
Bakıda kamera quraşdıran 36 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda kamera quraşdıran kişi bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əlabbas Səməndər oğlu Niftalıyevi Ramana qəsəbəsinin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vurub və o, xəstəxanada ölüb. Araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.
Mənbə
oxu.az