Kriminal

Masallıda əkin sahəsində meyit tapıldı

28 Aug 2026, 10:20 3 baxış
Masallıda əkin sahəsində meyit tapıldı
Masallı rayonunda əkin sahəsindən meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 27-də saat 19:45-də rayonun Mollaoba kəndində baş verib. Rayonun Boradigah qəsəbə sakini Razi Allahverdi oğlu Fərzullayev rayonun Mollaoba kəndində əkin sahəsində ölüb. Onun meyiti axşam saatlarında əkin sahəsində aşkarlanıb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər