Dünya
Daha çox yaşamaq üçün əti nə qədər vaxtdan bir yemək lazımdır? - Uzunömürlülük üzrə mütəxəssisdən maraqlı açıqlama
Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha uzun və sağlam ömür sürmək üçün ətin optimal istehlak tezliyini açıqlayıb. Oxu.Az xəbər verir ki, "ABC" nəşri onun bu barədə fikirlərini dərc edib. Den Byuttner izah edib ki, uzunömürlü insanların qidalanmasında ət əsas yer tutmur. Onlar adətən əti əsas yemək kimi deyil, qarnir kimi istifadə edirlər. Ekspertin sözlərinə görə, uzunömürlü insanlar orta hesabla ayda cəmi beş dəfə ət yeyirlər. Bu isə adambaşına ildə 10 kiloqramdan az ət deməkdir. Ət istehlakı ilə uzunömürlülük arasında əlaqənin olduğunu bildirən mütəxəssis ətdən tamamilə imtina etməyi də tövsiyə etməyib. Lakin onun fikrincə, bu məhsulun istehlakını qeyd etdiyi səviyyə ilə məhdudlaşdırmaq daha məqsədəuyğundur. "İnsanlar əti sevirlər. Buna görə də onu yemək məcburiyyətindəsinizsə, dünyanın ən uzunömürlü xalqlarının qidalanma tərzinə uyğun olaraq ət istehlakını həftədə bir dəfə və ya daha az tezliyə endirin", - deyə Den Byuttner qeyd edib.
Mənbə
oxu.az