Kriminal

Bakı hava limanında Tbilisiyə gedən sərnişində kokain aşkarlandı

27 Aug 2026, 15:34 2 baxış
Bakı hava limanında Tbilisiyə gedən sərnişində kokain aşkarlandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən Bakı-Tbilisi aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15.849 qram narkotik vasitə - kokain aşkar olunub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2.440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər