Digər
Beyons zəlzələ qurbanlarına 1 milyon dollar yardım etdi
Məşhur müğənni Beyons Kolumbiyada zəlzələdən zərər çəkənlərə yardım məqsədilə şəxsi vəsaitindən 1 milyon dollar ianə edib.
Axar.az xəbər verir ki, bu barədə müğənninin səsyazma şirkəti “Parkvood Entertainment” məlumat yayıb.
Məlumata görə, vəsait zəlzələ nəticəsində dağıntıların baş verdiyi bölgələrdə fəaliyyət göstərən yardım təşkilatlarına yönəldiləcək. İanə ən çox zərər çəkmiş ərazilərə ərzaq və digər zəruri məhsulların çatdırılmasına sərf olunacaq.
Mənbə
axar.az