Dünya

Hörmüz boğazında neft tankeri vuruldu

27 Aug 2026, 11:28 2 baxış
Hörmüz boğazında neft tankeri vuruldu
Hörmüz boğazında hərəkət edən neft tankeri hücuma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) yaydığı məlumatda qeyd olunub. "Yerli orqanların məlumatına əsasən, gəmi naməlum mərmi ilə vurulub. Nəticədə tankerdə yanğın başlasa da alov qısa zamanda söndürülüb", - deyə açıqlamada bildirilir. UKMTO qeyd edir ki, hazırda dənizçilərin həyatına təhlükə yoxdur və hadisənin hər hansı bir ekoloji fəsad törətdiyi barədə məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər