Cəmiyyət
Biləcəridə kanalizasiya daşıb, küçə keçilməz olub - VİDEO
Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Babək küçəsi, döngə 2 ünvanında kanalizasiya problemi yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Sakinlərin sözlərinə görə, kanalizasiya xəttinin nasaz və baxımsız vəziyyətdə olması səbəbindən ərazidəki evləri çirkab suları basıb, küçə keçilməz olub. Problem uzun müddətdir davam edir və ciddi narahatlıq yaradır. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda müraciətdə əksini tapan problemlə əlaqədar rayonun Sukanal İdarəsi məlumatlandırılıb. "Qəza xidməti əraziyə yönləndiriləcək, vəziyyətə tam aydınlıq gətiriləndən və dəqiqləşdirilmə aparılandan sonra müvafiq tədbirlər görüləcək. Nəticə ilə bağlı məlumat veriləcək", - qurumdan bildirilib.

Mənbə
oxu.az