Digər

Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi

27 Aug 2026, 10:07 2 baxış
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması qərarı təşkilata üzv dövlətlərin ali baş komandanlarının səlahiyyətindədir, lakin bütün halları nəzərə almaq lazım olacaq.


Axar.az xəbər verir ki, bu sözləri KTMT-nin Baş katibi Taalatbek Masadıkov TASS agentliyinə müsahibəsində bildirib.


"KTMT-nin Ermənistanı xaric edib-etməmək qərarı KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır və şura üzvləri üzv ölkələrin ali baş komandanlarıdır. Bu qərar onların səlahiyyətləri daxilindədir. Amma düşünürəm ki, qərarlar qəbul edilərkən bütün hallar və məqamlar həmişə nəzərə alınmalıdır", - deyə o qeyd edib.


KTMT-nin baş katibi deyib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı hadisələri qabaqlamamalıyıq.


Xatırladaq ki, bir müddət əvvəl Paşinyan hökumətin yaxın beş ildə KTMT-də işi aktivləşdirmək niyyətində olmadığını və Ermənistanın bu strukturdan çıxarılacağı təqdirdə çox məmnun olacağını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər