Kriminal

Böyük faciənin qarşısını aldı: Yanan maşını... - Video

26 Aug 2026, 23:13 1 baxış
Böyük faciənin qarşısını aldı: Yanan maşını... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Yevlax–Bərdə avtomobil yolunun kənarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində avtomobil yanıb.


Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, minik avtomobili yanacaq dolduran zaman qəfil alışıb.


Hadisəni kənardan görən bir nəfər təhlükənin ciddi olduğunu görüb dərhal müdaxilə edib. Belə ki, o, yanan maşını öz avtomobili ilə vuraraq yanacaq pompalarından uzaqlaşdırıb. Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.


Təhlükənin qarşısını alan Cavid Atakişiyev bildirib ki, etdiyi hərəkət riskli olsa da, o an yalnız daha böyük faciənin qarşısını almaq barədə düşünüb:


“Oturub çay içirdim, birdən partlayış oldu. Gördüm ki, maşını alov tutub, yandığı üçün yaxınlaşmaq olmurdu. Ağlıma gəldi ki, öz maşınımın arxası ilə vurub onu oradan çıxarım ki, məntəqəyə ziyan dəyməsin. Sonunu düşünən əvvəldən hərəkət edə bilməz. Anidən qərar verib bu addımı atdım. Buradakı çoxsaylı insanları düşünərək bunu etdim”.


Mənbə axar.az

Oxşar Xəbərlər