Cəmiyyət
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti bu gün saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Mənbə
oxu.az