Kriminal

Katexdə növbəti ağır qəza: Ana və oğlu xəsarət aldılar - VİDEO

26 Aug 2026, 19:16 16 baxış
Katexdə növbəti ağır qəza: Ana və oğlu xəsarət aldılar - VİDEO
Balakən rayonunun Katex qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə zamanı Etibar Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil radarın quraşdırıldığı dirəyə çırpılıb. Qəza nəticəsində E.Məmmədovun həyat yoldaşı, 47 yaşlı Leyla Məmmədova və oğlu, 18 yaşlı Polad Məmmədov xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, bir neçə gün əvvəl Katexdə 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza olmuşdu. Samir İsayev
Mənbə oxu.az

Oxşar Xəbərlər