Dünya

ABŞ-də Məxfi Xidmətin üç işçisinin fəaliyyəti araşdırılır

26 Aug 2026, 09:48 2 baxış
ABŞ-də Məxfi Xidmətin üç işçisinin fəaliyyəti araşdırılır
ABŞ-nin Məxfi Xidmətinin üç əməkdaşı, o cümlədən qurumun kommunikasiya üzrə direktoru Entoni Qulyelmi daxili araşdırma başlanılması səbəbindən müvəqqəti olaraq işdən uzaqlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Həmin əməkdaşların xidməti avadanlıqlara və məxfi sənədlərə çıxışı dayandırılıb. Onların konkret olaraq hansı qayda pozuntularında şübhəli bilindikləri açıqlanmır. Telekanal qeyd edir ki, bundan əvvəl Prezident Donald Trampın yeni təyyarəsi, həmçinin vitse-prezident Cey Di Vens və onun ailə üzvlərinin səfərlərinin təşkili barədə məlumatların sızması ilə əlaqədar ABŞ Məxfi Xidmətinin bir neçə agenti dindirilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər