İdman
"Tottenhem" "Mançester Siti"nin futbolçusunu transfer etdi - FOTO
İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin vingeri Savinyonu heyətinə qatdığını açıqlayıb. Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçunu transfer edib. Hücumçu karyerası ərzində Mançester təmsilçisi ilə yanaşı, ölkəsinin "Atletiko Mineyro", Fransanın "Trua", Niderlandın PSV, İspaniyanın "Jirona" komandalarında da çıxış edib. Qeyd edək ki, Savinyo "Mançester Siti"də keçirdiyi 84 matçda 7 qol vurub, komandası ilə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Braziliya millisinin heyətində 13 oyuna çıxan vinger 1 qolla yadda qalıb.
Mənbə
oxu.az