Dünya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Vnukovo hava limanına enib - FOTO

25 Aug 2026, 13:48 3 baxış
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Vnukovo hava limanına enib - FOTO
Avqustun 25-də səhər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, bort nömrəsi RCH4555 olan "Boeing C-17 Globemaster III" hərbi nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə RBC nəşri məlumat yayıb. Məlumata əsasən, təyyarə təxminən Moskva vaxtı ilə saat 8:50-də (Bakı vaxtı ilə saat 9:50 - red.) Riqadan yola düşüb və Moskva vaxtı ilə təxminən saat 10:04-də onun marşrutu Vnukovo hava limanında başa çatıb. Flightradar24.com xidməti bildirib ki, hazırda təyyarənin uçuşunu izləmir, çünki təyyarə əhatə dairəsindən kənardadır və ya artıq eniş edib.
Bu təyyarə tərəfindən həyata keçirilən son uçuşlar barədə məlumatlar göstərir ki, təyyarə avqustun 23-də Riqaya enib, başlanğıc nöqtəsi kimi ABŞ-nin Merilend ştatındakı Kemp-Sprinqs göstərilib. Kemp-Sprinqsdə isə ABŞ prezidentinə məxsus "Air Force One" təyyarəsinin olduğu Endryus aviabazası yerləşir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Vnukovo hava limanına enib - FOTO ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Vnukovo hava limanına enib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər