Kriminal

Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar

25 Aug 2026, 11:24 1 baxış
Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar
Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs ediliblər. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib. O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib: "Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmanlıq hissi keçirirəm". Tahir Əliyev kiçik sahibkarlıqla məşğul olub. Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb. Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib. Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər