Kriminal

Göygöldə yük avtomobili piyadanı vurub öldürdü

25 Aug 2026, 09:16 4 baxış
Göygöldə yük avtomobili piyadanı vurub öldürdü
Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, dünən saat 9 radələrində 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyevin idarə etdiyi "Zil MMZ-45021" markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər