Kriminal

Bakıda piyada keçidində maşınla vurulan kişi öldü

25 Aug 2026, 09:56 4 baxış
Bakıda piyada keçidində maşınla vurulan kişi öldü
Bakı şəhərinin Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, 23 avqust 2026-cı il tarixdə saat 23 radələrində Pərviz Salman oğlu Rəsulov idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Yusif Səfərov küçəsində hərəkətdə olarkən piyada keçidində yolu keçən 1994-cü il təvəllüdlü Samir Qeys oğlu Əlizadəni vurub. Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər