Kriminal

İsmayıllıda ağır qəza: "Toyota Land Cruiser" aşdı, sürücü öldü

24 Aug 2026, 23:12 76 baxış
İsmayıllıda ağır qəza: "Toyota Land Cruiser" aşdı, sürücü öldü
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb. "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib. Hadisənin digər təfərrüatı müəyyənləşdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər