Kriminal

İsmayıllıda avtomobil aşdı, sürücü öldü

24 Aug 2026, 23:48 49 baxış
İsmayıllıda avtomobil aşdı, sürücü öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Axar.az xəbər verir ki, bu gün axşam saatlarında Muğanlı–İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.


İlkin ehtimala görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb


Qəzanın başvermə və ölümün səbəbi araşdırmadan sonra məlum olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər