Kriminal
Bakıda aptekdən meyit tapıldı
Bakıda aptekdə meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 3 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi aptekdə tapılıb. Araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.
Mənbə
oxu.az