Kriminal

Göyçaya qonaq gedən 40 yaşlı kişi faciəli şəkildə öldü

24 Aug 2026, 14:12 1 baxış
Göyçaya qonaq gedən 40 yaşlı kişi faciəli şəkildə öldü
Göyçay rayonuna qonaq gedən 40 yaşlı kişi faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 22-də saat 22 radələrində rayonun Şahsoltanlı kəndində baş verib. 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayev kənddə qohumlarına qonaq gedib. O, həmin evdə olarkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. A.Babayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər