Cəmiyyət

Bayramın qardaşının ölüm səbəbi bəlli oldu

24 Aug 2026, 14:48 2 baxış
Bayramın qardaşının ölüm səbəbi bəlli oldu

NİDA Vətəndaş Hərəkatının üzvü, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.


Bildirilib ki, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi cinsli şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər