Kriminal
Ağır qəzaya düşən Şükufə Yusupovanın son durumu...
Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.
Kult.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.
"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - məlumatda vurğulanıb.
Xatırladaq ki, avqustun 21-də Ş.Yusupovanı piyada zolağının üstündə maşın vurub.
Mənbə
axar.az