Cəmiyyət

Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü...

24 Aug 2026, 10:30 2 baxış
Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü...

Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.


Axar.az nocomment.az-a istinadla xəbər verir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb.


Onun vəfatının səbəbi hələlik bilinmir.


Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.


Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər