Cəmiyyət

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

23 Aug 2026, 23:59 3 baxış
Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.


Axar.az xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.


Bakıda "Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan" parkının salınması xalqlarımız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər