Siyasət

Prezident: "Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var"

23 Aug 2026, 20:30 19 baxış
Prezident: "Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var"
"Azərbaycan və Özbəkistanın irəliləmək üçün çox dəqiq fəaliyyət planı var". Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında söyləyib. "İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir", - deyə dövlətimizin başçısı vurğulayıb. "Buraya üçdəbir hissəsi layihələrlə təmin olunmuş investisiya fondunu, həmçinin Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu, artıq milyardlarla investisiya deməkdir", - deyə Prezident əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər