İdman

"Mançester Siti" 100 milyon avroya futbolçu transfer edir

23 Aug 2026, 19:08 2 baxış
"Mançester Siti" 100 milyon avroya futbolçu transfer edir
"Mançester Siti" yarımmüdafiəçi Əyyub Buaddinin transferi ilə bağlı "Lill" klubu ilə tam razılıq əldə edib. Oxu.Az bildirir ki, bu barədə jurnalist Fabris Hokins sosial şəbəkə hesablarında məlumat verib. Mənbənin məlumatına görə, transferin məbləği bonuslar da nəzərə alınmaqla 100 milyon avro təşkil edəcək. İnsayder Fabritsio Romanonun bildirdiyinə görə, futbolçu özü hələ iyul ayında İngiltərə klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. Qeyd edək ki, 18 yaşlı Buaddi 2026-cı il dünya çempionatında Mərakeş millisinin əsas heyət oyunçularından biri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər