İdman
Millimizdən növbəti qələbə...
Azərbaycanın voleybol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Axar.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun II turunda İspaniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).
Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 6 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
Mənbə
axar.az