Siyasət
Özbəkistanlı jurnalistdən Azərbaycanla bağlı AÇIQLAMA: "Media əməkdaşlığı iki ölkə xalqlarını daha da yaxınlaşdırır" - VİDEO
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yüksək dinamika ilə inkişaf edir. Ölkələrimizin prezidentləri arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və yeni məzmunla zənginləşməsinə imkan yaradır. Oxu.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif səsləndirib. Şöhrət Arif bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün media sahəsində əməkdaşlıqla daha da möhkəmlənir.
"Azərbaycan və Özbəkistan münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir. Bu inkişaf dinamikası çox müsbətdir. Ölkələrimizin dövlət başçıları arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar münasibətlərimizin bütün sahələrdə, o cümlədən media istiqamətində daha da genişlənməsinə şərait yaradır", - deyə o qeyd edib. Özbəkistanlı jurnalist vurğulayıb ki, iki ölkənin media qurumları və jurnalistləri arasında əlaqələrin genişləndirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin ictimaiyyətə daha dolğun çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistan jurnalistləri arasında qarşılıqlı səfərlər, media turları və müxtəlif peşəkar tədbirlər təşkil olunur. Bu təşəbbüslər jurnalistlərin bir-birini daha yaxından tanımasına, ölkələr haqqında obyektiv və dolğun məlumatların hazırlanmasına imkan verir. "Biz istəyirik ki, Azərbaycan və Özbəkistan jurnalistləri arasında bu cür qarşılıqlı səfərlər və media turları davamlı olsun. Özbəkistan jurnalistlərinin Azərbaycana, Azərbaycan jurnalistlərinin isə Özbəkistana səfərlərinin artması xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir", - deyə jurnalist bildirib. O diqqətə çatdırıb ki, media əməkdaşlığı yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda iki xalqın ortaq tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. "Xalqlarımızın tarixi və mədəniyyəti bir-birinə çox yaxındır. Media bu yaxınlığın daha geniş şəkildə tanıdılmasında mühüm rol oynayır. Jurnalistlər arasında əlaqələrin güclənməsi, qarşılıqlı səfərlərin və birgə layihələrin artması xalqlarımız arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir", - deyə Şöhrət Arif vurğulayıb. O, Azərbaycan və Özbəkistan media nümayəndələri arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. "Dostluğumuz və əməkdaşlığımız daha da möhkəmlənməlidir. Bunun üçün media nümayəndələrinin qarşılıqlı əlaqələri və birgə fəaliyyəti çox vacibdir", - deyə Şöhrət Arif əlavə edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər