Siyasət

Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO

23 Aug 2026, 19:42 3 baxış
Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərkibdə görüşlərindən sonra mühüm mərasim keçirilib. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının ən ali dövlət təltiflərindən biri olan "Heydər Əliyev" ordeni ilə təltif edilib. Yüksək dövlət mükafatı Şavkat Mirziyoyevə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərə görə təqdim olunub. "Heydər Əliyev" ordeninin ulu öndərin adını daşıması iki qardaş ölkə arasında münasibətlərin siyasi irs və qarşılıqlı etimad üzərində qurulduğunun göstəricilərindən biridir. Daha sonra Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən bir sıra sənədlər imzalanıb. Sənədlər kino, investisiya, ticarət, iqtisadiyyat, gənclər və şəhərlərarası əməkdaşlıq da daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir. Ən mühüm sənədlər dövlət başçıları səviyyəsində imzalanıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni imzalayıblar. Həmçinin iki ölkənin Ali Dövlətlərarası Şurasının üçüncü iclasının qərarı imzalanıb. Dövlət başçıları daha sonra mətbuata bəyanatla çıxış ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər