Siyasət
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələr suala müsbət cavab veriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda göstərilən böyük ehtirama görə təşəkkürünü bildirib. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini səsləndirib. Daha sonra tələbə hər iki dövlət başçısına kitab hədiyyə edib. Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər