Cəmiyyət

Ölümün ən çox qeydə alındığı rayonlar

22 Aug 2026, 16:15 2 baxış
Ölümün ən çox qeydə alındığı rayonlar

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 6 ölüm düşüb.


Axar.az Modern.az-a istinadla xəbər verir ki, ölkə üzrə ən yüksək ölüm göstəricisi Qazax və Bakının Yasamal rayonlarında qeydə alınıb.


Hər iki ərazidə əhalinin hər 1000 nəfərinə 8,4 ölüm düşüb.


Xızı rayonunda bu göstərici 8,2, Gədəbəydə 7,8, Goranboyda 7,7, Suraxanı və Şabranda 7,5, Ağdamda 7,5, Ağstafada 7,3, Samuxda 7,3 nəfər olub.


İqtisadi rayonlar arasında ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 7 ölüm düşüb. Gəncə-Daşkəsən iqtisadi rayonunda göstərici 6,9, Qarabağda 6,5, Bakı şəhərində isə 6,4 təşkil edib.


Ən aşağı ölüm göstəricisi Abşeron rayonunda qeydə alınıb. Rayonda əhalinin hər 1000 nəfərinə 3,3 ölüm düşüb. Kəngərli və Şərur rayonlarında bu göstərici 4,5, Sədərəkdə 4,6, Biləsuvarda 4,8 olub.

Mənbə axar.az

Oxşar Xəbərlər