Dünya
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrda keçiriləcək konqres üçün ara seçkilərdə uduzacaqları təqdirdə demokratların onu impiçment edəcəkləri fikrindədir. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donald Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Əgər biz ara seçkilərdə uduzsaq, məni impiçmentə məruz qoyacaqlar. Onlar (demokratlar - red.) məni impiçment etməyə hazırlaşırlar. Və hətta nə üçün olduğunu belə bilmirlər", - deyə o qeyd edib. Donald Tramp ABŞ tarixində ilk prezidentdir ki, onun barəsində iki dəfə impiçment proseduru təşəbbüsü irəli sürülüb. Hər iki hal onun birinci prezident müddəti ilə bağlı olub, 2019 və 2021-ci illərdə baş verib və Konqres Senatı tərəfindən rədd edilib.
Mənbə
oxu.az