Cəmiyyət

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

22 Aug 2026, 11:36 4 baxış
Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.


Axar.az xəbər verir ki, çəkisi 630 ton olan 9 vaqon buğda və çəkisi 36 ton olan 1 vaqon propan Biləcəri stansiyasından yola salınıb.


Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.


Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər