Dünya
Saxalin vilayətində təyyarə qəzası: Sərnişinlər yanan hava gəmisindən sağ qurtulublar - VİDEO
Saxalin vilayətinin Kirovskoye və Zonalnoye kəndləri arasındakı ərazidə təyyarə açıq sahəyə qəza enişi edərək alovlanıb. Hadisə zamanı hava gəmisinin göyərtəsində Saxalin aviabazasının yeddi yanğınsöndürən-paraşütçüsü olub. Oxu.Az-ın "Exo Saxalina" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, uçuş vaxtı təxminən 800 metr hündürlükdə təyyarənin mühərriki sıradan çıxıb və bu səbəbdən pilot sərt eniş etmək məcburiyyətində qalıb. Hava gəmisi zədələnib və dayanan kimi dərhal yanmağa başlayıb.
Daha sonra Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "An-3" təyyarəsində yanğın havaya qalxmağa cəhd edərkən yaranmış texniki nasazlıq səbəbindən baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər aviasiya meşə mühafizəsinə məxsus təyyarənin alovlar içində olduğunu görüblər. Göyərtədə olan pilotlar və paraşütçülər yanan hava gəmisini müstəqil şəkildə tərk edərək təxliyə olunublar. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hazırda ərazidə vilayətin yanğın-xilasetmə xidmətinin 12 əməkdaşı və üç texnikası fəaliyyət göstərir.

Mənbə
oxu.az