Dünya
Neft ardıcıl bahalaşmalardan sonra UCUZLAŞDI
Ardıcıl beş ticarət sessiyası ərzində davam edən bahalaşmadan sonra qlobal bazarlarda neft cüzi ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:07-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.54 dollar (0.58%) azalaraq bir barel üçün 93.24 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 2.16 dollar (2.4%) bahalaşaraq bir barel üçün 93.78 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.65 dollar (0.75%) ucuzlaşaraq bir barel üçün 86.18 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.44 dollar (2.89%) artaraq bir barel üçün 86.83 dollara satılmışdı.
Mənbə
oxu.az